12451bdc08 snimok jekrana 2026 05 27 181504

ABŞ hərbçiləri İrandan yola düşən istənilən gəminin dənizdə yük qəbul etməsini dəniz blokadasını yarmaq cəhdi kimi qiymətləndirəcək.

Globalinfo.az “Report”-a istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

“Belə gəmilər saxlanılacaq, yoxlanılacaq, ələ keçiriləcək və ya geri, İran limanlarına göndəriləcək”, – komandanlıqdan bildirilib.

CENTCOM-un məlumatına görə, əməkdaşlıqdan imtina edildiyi təqdirdə, ABŞ hərbçiləri bu gəmilərə hətta hücum da edə bilərlər.

Paylaş: