Noyabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhəddəki hərbi hissələrindən birində müqavilə əsasında xidmət edən hərbçinin (N.B.) odlu silah yarası almış meyiti aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin araşdırıldığı bildirilib.
İlkin ehtimala görə, o, özünə atəş açıb.