IMG 20261119 WA0000

ABŞ sakinləri mümkün fövqəladə hallara hazırlaşmaq məqsədilə generatorlar və digər zəruri ləvazimatları panikaya düşərək kütləvi şəkildə almağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, “CBS”nin məlumatına görə, bu tendensiya ölkədə son günlər baş verən genişmiqyaslı texniki nasazlıqlar və sosial şəbəkələrdə yayılan apokaliptik ssenarilərlə əlaqələndirilir.

“Mizuho Securities” analitiklərinin fikrincə, Microsoft, Apple, banklar və hava limanlarında baş verən ciddi fasilələr fonunda sosial mediada yaranan təşviş insanları mümkün fövqəladə vəziyyətə hazırlaşmağa sövq edib.

Nəticədə ABŞ-da generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlara tələbatın artdığı bildirilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: