Nvidia-nın baş direktoru Jensen Huang şirkətin rəhbərliyinə qayıtmaq ehtimalı barədə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə paylaşım edib. Huang direktorlar şurası belə bir qərarın səhmdarların və əməkdaşların maraqlarına uyğun olduğunu hesab edərsə, rəhbərliyə qayıtmaqdan məmnun olacağını deyib.
O, həmçinin şirkət əməkdaşlarından, investorlardan və biznes tərəfdaşlarından rəhbər vəzifəsinə qayıtması ilə bağlı çoxsaylı müraciətlər aldığını iddia edib.
Huang açıqlamasında mümkün səhvlərinə görə təəssüf etdiyini və direktorlar şurasının müstəqil araşdırması ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az