000 B7XH3KH

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallonu FİFA rəhbərliyinə keçiriləcək seçkilərdə namizəd kimi irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin iclasında milli futbol assosiasiyaları 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər. Diallo ona namizəd olmaq təklifini qəbul edib.

FİFA prezidentinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı rəhbəri Canni İnfantino daha əvvəl növbəti müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA prezidentidir.

Diallonun namizədliyinin irəli sürülməsi UEFA ilə FİFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələlərinə dair fikir ayrılıqlarının olduğu bir vaxta təsadüf edir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: