donald

Meksika ABŞ-yə doğru miqrant axınının qarşısını ala bilməsə, Vaşinqton bu ölkədən idxal olunan məhsullara tətbiq edilən tarifləri artıracaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ASEAN və APEC tədbirlərində iştirak etmək üçün Filippin və Çinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Əgər onlar miqrant axınının qarşısını almasalar, Meksikaya sərt tariflər tətbiq edəcəyik”, – deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Meksika Prezidenti Klaudiya Şeynbaum Mərkəzi Amerika ölkələrindən gələn çoxsaylı miqrantları ABŞ-yə daxil olmağa cəhd etməmələri barədə xəbərdar etmişdi.

Məlumatda yeni miqrant axınının ABŞ Konqresinə keçirilən seçkilərdə liberal miqrasiya siyasətini dəstəkləyən demokratların qələbəsi ilə əlaqələndirildiyi bildirilir.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: