1035849 res 0 6e62d5db67d4ef25

Litva prezidenti Gitanas Nauseda Estoniyanın Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarını dəstəkləyib və bunu adekvat addım adlandırıb. Vilnüsün də Tallinin nümunəsini təkrarlayıb-təkrarlamayacağı ilə bağlı suala cavabında  prezident Litvanın tranzit ölkəsi olduğunu xatırladıb.

Globalinfo.az bildirir ki, Nausedanın sözlərindən “Delfi” nəşri sitat gətirib.

Litva prezidenti qeyd edib ki, regionda sabitliyi pozmağa yönələn cəhdlər davam edərsə, buna mütləq cavab verilməlidir.

“Rusiya konkret reaksiyalar gördükdə vəziyyəti anlayır. Moskva reaksiyanın olmamasını zəiflik əlaməti hesab edir. Buna görə də oxşar addımlar təkrarlanarsa, onların qarşısını almaq üçün müvafiq tədbirləri nəzərdən keçirəcəyik”, – deyə Nauseda vurğulayıb.

Qeyd edək ki, Estoniya hakimiyyəti dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Bu addım Ukrayna üçün də pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” şirkətinin binasına od vurmaq cəhdindən sonra atılıb.

Estoniya əks-kəşfiyyatı hücum cəhdinin Rusiya hərbçiləri tərəfindən koordinasiya olunduğunu iddia edir. Kreml isə Rusiyanın hadisəyə aidiyyatı olmadığını vurğulayır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: