“Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi Rusiyaya qarşı yeni sanksiya siyahılarını təsdiqləməyi planlaşdırırlar”.
Globalinfo.az xəbər verir ki, bubarədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib.
O qeyd edib ki, siyahılara banklar, Rusiya neftinin alıcıları və Moskvanın “kölgə donanması”na dəstək verməkdə şübhəli bilinən şirkətlər daxil ediləcək.
Bildirilir ki, bu siyahılar aralıq xarakter daşıyır və növbəti sanksiya paketi hesab edilmir.
Aİ səfirləri siyahıları hələ noyabrın 11-də razılaşdırıblar.
Söhbət 145 fiziki və hüquqi şəxsdən, o cümlədən Rusiyanın 50 bankından gedir. Məlumatlara görə, 22-ci sanksiya paketinin noyabrın sonunadək hazır olması gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az