nazirmuavini

“Bu günlərdə xalqımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin altıncı ildönümünü qeyd etdi. Böyük qələbə Azərbaycanın ərazi bütövlüyü ilə və suverenliyin tam bərpası ilə yanaşı, ölkəmizin iqtisadi müstəqilliyini daha da gücləndirmək imkanları verdi. Əldə edilmiş tarixi nailiyyətlər, formalaşmış iqtisadi potensial və müasir infrastruktur ölkəmizin yeni strateji inkişaf mərhələsində daha geniş imkanların daxil olması üçün möhkəm zəmin yaratdı. Məhz bu əsaslarda hazırlanmış 2027-ci ilin dövlət büdcəsi layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mühüm rol oynayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan çoxdur və xarici dövlət borcumuzu təxminən 20 dəfə üstələyir:

“2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla 2022-2026-cı illərdə qeyri-neft sektorunun orta illik hesabla 5,2% artımla artımı gözlənilir. Qeyd edim ki, bu, qəbul olunmuş strategiya ilə müəyyən edilmiş hədəflərdən daha yüksək göstəricidir. Cari ilin 9 ayında ümumi daxili məhsulumuz qeyri-neft sektorunda 2,6% artmış, ümumilikdə isə 1,5% səviyyəsindədir. İlin yekunu üzrə ümumi daxili məhsulumuzun ümumilikdə 1,7%, qeyri-neft qaz ümumi daxili məhsulunun isə 3,1% artacağı gözlənilir”.

Nazir müavini bildirib ki, artım əsasən qeyri-neft qaz sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin olunur:

“9 ayın nəticələrinə görə, qeyri-neft qaz sənayemiz 6,3%, nəqliyyat 10%, informasiya və rabitə sahəmiz 11,1% artıb. 4 ayda əsas kapitala investisiyalar real ifadədə 19%, qeyri-neft qaz sektorunda özəl investisiyalar isə 21%-ə yaxın artıb. Qeyri-neft qaz ixracımız Neft Fondu tərəfindən ixrac olunmuş qızıl əməliyyatları nəzərə alınmadan 20,5% artıb.

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı ölkədə iki dəfə artmış, əlavə dəyər vergisi ödəyicilərinin sayı 3,5 dəfə artmış, hazırda vergilərin 93%-i könüllü şəkildə ödənilir. Qeyri-neft qaz özəl sektorunun əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-inə çatıb. Bu, həm də vətəndaşların sosial sığorta və pensiya təminatının genişlənməsi deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: