Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış.
Bu məqsədlə o, Bərdənin Soğanverdilər kəndinə – bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, lakin halı daha da pisləşib və təcili tibbi yardım çağırılıb.
Şöbə rəisi xəstəxanaya aparılarkən yolda vəfat edib.
X X X
Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev qəfil vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, C.Alıyev uzun illər Bərdə Rayon İcra və Probasiya Şöbəsində çalışıb. Daha sonra Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Şöbə rəisinin hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb.