tramp netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı İran istiqamətinə zərbələr endirilməsi məsələsi ilə bağlı mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki,  bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

“Danışıqların təfərrüatları ilə tanış olan mənbələrin sözlərinə görə, söhbət son dərəcə ağır və gərgin keçib. Həmsöhbətlərdən biri hətta bunu “cəhənnəm mübahisəsi” kimi xarakterizə edib”, – deyə nəşr yazıb.

Bununla belə, İsrail Baş nazirinin ofisi bu məlumatı təkzib edərək, telefon danışığının gərgin olmadığını bildirib.

Bundan bir gün əvvəl “Financial Times” qəzeti Netanyahunun İran əleyhinə hərbi əməliyyatların yenidən başlanmasına çağıraraq Trampla hər gün telefonla əlaqə saxladığını yazmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: