İranın Vyanadakı nümayəndəliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) göndərdiyi 10 səhifəlik məktubda deyilir ki, ABŞ-nin yeni hərbi hücumlarla bağlı təhdidləri fonunda Tehran nüvə obyektlərində tam yoxlamaların aparılmasının mümkünsüz hesab edir.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyə təqdim edilən və ötən həftənin sonlarında diplomatlar arasında yayılan sənəddə Tehran nüvə obyektlərinə edilən hücumların və yeni zərbələr təhdidinin adi yoxlamaların aparılmasını qeyri-mümkün etdiyini bildirib.
İran həmçinin ABŞ hərbi hücumu təhlükəsi altında qaldığı müddətcə tam beynəlxalq nüvə monitorinqinə icazə verməyə borclu olmadığını bəyan edib.