vahid qedim 1

Sosial şəbəkələrdə meyxanaçı Vahid Qədimin ölümü ilə bağlı məlumatlar yayılıb. İddialara görə, o, intihar edib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan meyxanaçı Mehman Əhmədli yayılan xəbərləri təkzib edib.

O, Vahid Qədimin sağ olduğunu bildirib:

“Artıq üçüncü dəfədir ki, adamı öldürürlər. Bir gün deyirlər Rusiya-Ukrayna müharibəsində həlak olub, bir gün başqa məsələdə adı hallanır. Sonra deyirlər ki, kimsə Vahid Qədimə görə intihara cəhd edib və sair. Bütün deyilənlər yalandır, həqiqəti əks etdirmir”.

Mehman Əhmədli Vahid Qədimlə iki gün əvvəl danışdığını və onun vəziyyətinin yaxşı olduğunu vurğulayıb:

“İki gün öncə danışmışıq, hər şey yaxşıdır. Mənim tanıdığım Vahid Qədim heç vaxt intihar etməz. Sosial şəbəkələrdə yayılanlara inanmayın”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: