
Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanı muxtar bölgəsində yerləşən Zlikan hərbi bazasındakı hərbi kontingentinin ilin sonunadək tamamilə çıxarılması nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bunu İraq Baş nazirinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəsmi nümayəndəsi Əli əz-Zeydi Sabah ən-Numan “Al-Iraqiya News” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə hərbçilərinin Başika bölgəsindəki Zlikan düşərgəsindən mərhələli şəkildə çıxarılmasına noyabr ayında başlanılacaq.
Rəsmi nümayəndə qeyd edib ki, Türkiyənin bazadakı hərbi mövcudluğu 2026-cı ilin sonunadək başa çatacaq. Bundan sonra obyekt İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək.
Ən-Numan, həmçinin İraq-Türkiyə birgə təhlükəsizlik komitəsinin Zlikan bazasının təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı işlərə başladığını vurğulayıb.
O bildirib ki, prosesin nəzərdə tutulan vaxtda yekunlaşması üçün komitənin fəaliyyəti yaxın günlərdə daha da sürətləndiriləcək.
Əliyar Xəlil,