Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatı Markus Frohnmaier kansler Fridrix Merzi və onun partiyasını Ukraynada seçkilərdə iştirak etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, deputat Almaniyada artan enerji xərclərini tənqid edərək, hakim Xristian-Demokrat İttifaqının (Xİİ) ölkə vətəndaşlarının problemlərinə diqqət ayırmadığını bildirib.
Frohnmaier qeyd edib ki, yüksək xərclər səbəbindən bir çox alman evlərində istilik sistemini işə salmaqdan çəkinir.
Xatırladaq ki, Almaniyada Ukraynaya “Taurus” raketlərinin verilməsi məsələsi də siyasi müzakirələrə səbəb olub.
AfD deputatı Şteffen Kotre hökumətin silah tədarükü ilə bağlı məlumatları gizli saxladığını və bu ehtimalın istisna edilmədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az