er09

Böyük Zəfərin 6-cı ildönümü münasibətilə “AzərEnerji” Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində ölkə energetiklərinin böyük tədbiri keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə “AzərEnerji”, “Azərişıq” ASC-lərin və bir sıra universitetlərin rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil olunan “Zəfər işığında” adlı maket və fotoşəkil sərgisi ilə tanış olublar.

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji quruculuğunu, həmin torpaqların ölkənin vahid enerjisisteminə inteqrasiyasını və yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işləri əks etdirən “Zəfərdən doğan işıq” adlı sənədli film nümayiş olunub.

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Azərbaycan xalqının taleyindəki müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, haqq savaşımız olan 44 günlük Vətən müharibəsi və əldə edilən möhtəşəm Qələbə tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.

Baba Rzayev müharibə dövründə energetiklərin də ön cəbhədə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, Səhmdar Cəmiyyətin 183 əməkdaşı Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərib. Onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalıb, 12 əməkdaşın ailə üzvü Vətən uğrunda canından keçib. Bununla yanaşı, energetiklər müharibənin ən gərgin günlərində gecə-gündüz çalışaraq ölkənin enerji təchizatının fasiləsizliyini təmin edib, enerji sistemində hər hansı bir çatışmazlığa yol verməyiblər.

İşğaldan azad edilmiş ərazilərdə son altı ildə həyata keçirilən enerji quruculuğuna toxunan Baba Rzayev bildirib ki, bu müddət ərzində “AzərEnerji” tərəfindən həmin ərazilərdə 50-dən artıq enerji obyekti istifadəyə verilib. Onların sırasında 40-a yaxın su elektrik stansiyası, 330 və 110 kV-luq 15-ə yaxın yarımstansiya, eləcə də 1000 kilometrdən artıq elektrik ötürmə xətti var.

Hazırda 8 ərazidə su elektrik stansiyasının, 3 ərazidə isə 110 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir və yekunlaşmaqdadır. “Bir zamanlar dağıntılara və xarabalıqlara çevrilmiş, bu gün isə gündən-günə abadlaşan Qarabağ və Şərqi Zəngəzur məhz yaradılan müasir enerji infrastrukturu sayəsində işığa qovuşur, dirçəlir və yenidən qurulur”, – deyə Baba Rzayev vurğulayıb.

Çıxışda azad edilmiş ərazilərdə fəaliyyətə başlayan su elektrik stansiyalarında istehsal olunan yaşıl enerjinin göstəriciləri də diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək bu stansiyalarda 2 milyard kilovat-saata yaxın ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilib. Bunun nəticəsində 400 milyon kubmetr təbii qaza qənaət olunub, 725 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin tarixi əhəmiyyətindən, qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq prosesindən bəhs ediblər. Vurğulanıb ki, bu proses Azərbaycanın iqtisadi və texnoloji imkanlarını, dövlətimizin qüdrətini, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirir.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş “AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub.

Zəfər ruhunu əks etdirən bayram konserti ilə tədbirə yekun vurulub.

"Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR "Zəfərdən doğan işıq” adlı tədbir keçirildi - FOTOLAR

Paylaş: