Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə keçirilir. Ölkənin növbəti beş il ərzində dövlət başçısı vəzifəsini kimin tutacağı bu gün bəlli olacaq.
Globalinfo.az xəbər verir ki, prezident postu uğrunda hazırkı dövlət başçısı İliyana Yotova və keçmiş müvəqqəti baş nazir Andrey Qurov yarışır.
Oktyabrın 25-də keçirilən birinci turda namizədlərdən heç biri qalib gəlmək üçün tələb olunan səs çoxluğunu əldə edə bilməyib. Belə ki, Yotova 528 951, Qurov isə 486 232 səs toplayıb.
Nəticədə seçki mübarizəsi ikinci tura qalıb. Bu mərhələdə daha çox səs toplayan namizəd Bolqarıstanın yeni prezident seçiləcək.
Qeyd edək ki, Bolqarıstanda prezident beş il müddətinə seçilir. Dövlət başçısı əsasən təmsilçilik funksiyalarını yerinə yetirsə də, qanunlara veto qoymaq və silahlı qüvvələrə rəhbərlik etmək səlahiyyətlərinə də malikdir.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az