turkiye ehali 1

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni məhdudiyyətlər noyabrın 1-dən etibarən qüvvəyə minib.

Globalinfo.az xəbər verir ki, yeni qaydalara əsasən, 15 yaşını tamamlamamış şəxslərin sosial şəbəkələrə çıxışına icazə verilməyəcək.

15-18 yaş arası yeniyetmələr üçün isə fərqli tələblər müəyyənləşdirilib.

Platformalar bu istifadəçilər üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmalı, valideyn nəzarəti imkanlarını genişləndirməli və yaşa uyğun təhlükəsizlik mexanizmlərini tətbiq etməlidir.

Yeni hesabların yaradılması zamanı istifadəçilərin yaşının yoxlanılması da məcburi olacaq.

Bununla yanaşı, sosial şəbəkələr mövcud hesabların da yeni tələblərə uyğunlaşdırılmasını təmin etməlidirlər.

Mövcud istifadəçi hesablarının qaydalara uyğunlaşdırılması üçün platformalara 2027-ci il martın 31-dək keçid müddəti verilib.

Qeyd edək ki, yeni tənzimləmələrin əsas məqsədi uşaqları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri zərərli məzmundan, rəqəmsal risklərdən və onlayn təhlükələrdən qorumaqdır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: