o7kLxRMZ8EddcLdzCnHcTnoB5seLoMqMWjUwJNVm 1200 768x403 1

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) bələdiyyə məclisi üzvü Murat Saral silahlı hücum nəticəsində həyatını itirib.

Globalinfo.az xəbər verir ki, hadisə barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Murat Saral ilə A.İ.U. arasında mübahisə yaranıb. Mübahisə zamanı A.İ.U.-nun tapança ilə Sarala atəş açdığı bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Ağır güllə yaraları alan Saral xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisədən sonra ərazidən qaçan şübhəlinin saxlanılması üçün polis əməliyyata başlayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: