İordaniyanın cənubunda yerləşən Karak qubernatorluğunda kilsədə dəfn mərasimi zamanı silahlı insident baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, iki silahlı şəxs dəfn mərasimində iştirak edənlərə atəş açıb. Təxminən beş dəqiqə davam edən atışmadan sonra hücum edənlər hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində azı 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Əliyar Xəlil, 

Globalinfo.az 

Paylaş: