6abdf8b8780fc6abdf8b8780fd17908348726abdf8b8780fa6abdf8b8780fb

Türkiyənin Mersin şəhərində üç bələdiyyəyə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Səhər saatlarında eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində 59 şübhəlinin saxlanıldığı bildirilir.

Onların arasında Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer də var.

“Mersin Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan araşdırma çərçivəsində Böyükşəhər, Yenişəhər və Mezitli bələdiyyələrində, eləcə də şübhəlilərin yaşadığı ünvanlarda axtarışlar aparılıb.

İstintaq materiallarına əsasən, Mersin Böyükşəhər Bələdiyyəsində 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min lirə həcmində dövlət zərərinin yarandığı iddia olunur.

Mezitli Bələdiyyəsi ilə bağlı araşdırmada dövlət zərərinin 1 milyard 10 milyon 914 min lirə olduğu, Yenişəhər Bələdiyyəsində isə bu rəqəmin 105 milyon lirəyə çatdığı irəli sürülür.

Bundan əlavə, Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer barəsində ayrıca araşdırmanın aparıldığı bildirilir. O, silahlı cinayət təşkilatına rəhbərlik etməkdə və aralarında münaqişə olduğu şəxslərin iş yerlərinə silahlı hücumların təşkilində şübhəli bilinir”, – deyə qedy edilib.

İstintaq çərçivəsində hücumların mümkün hədəfləri sırasında Yeni Partiyanın vilayət təşkilatının binası və “Çağın Medya” media qurumunun da adı çəkilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: