niva qeza

Ağcabədi rayonunda “Niva” markalı minik avtomobili ilə “Mersedes” markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, qəza rayon ərazisində baş verib.

Hadisə zamanı “Niva”nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri – 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.

Paylaş: