azir

“Türkiyə Ermənistanla sərhəddə yerləşən, X əsrə aid tarixi Ani körpüsünün bərpası istiqamətində növbəti mərhələyə keçib. Körpünün yenidən qurulması ilə bağlı tender prosedurları artıq başa çatıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazirin sözlərinə görə, körpü Qars vilayətində, qədim Ani şəhərinin yaxınlığında, Arpaçay çayı üzərində yerləşir. Tarixi abidə X əsrdə Böyük İpək Yolu marşrutu üzərində inşa edilib.

Körpünün bərpası bölgənin tarixi irsinin qorunması baxımından əhəmiyyət daşıyır.

Paylaş: