zelenski 1 900x506 1

“ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra biləcəyi barədə xəbərdarlıq edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Generallarım mənə dedilər ki, hərbçilər səviyyəsində belə bir məlumat alıblar”, – deyə 0 təsdiqləyib.

Ukrayna lideri bunun səbəbinin Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələr olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, hazırda Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmayıb.

Qeyd edək ki, oktyabrın 14-də müttəfiqlərin ikinci gündür Ukraynanı Rusiya ordusunun Kiyevə hücumu barədə xəbərdar etmədiyi bildirilmişdi.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: