putin kadirov 1232

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın “Fəxri dəmiryolçu” adına layiq görülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Moskva vaxtı” məlumat yayıb.

Bildirilib ki, Kadırov bu fəxri ada dəmir yolu nəqliyyatının inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, oktyabrın 5-də 50 yaşını qeyd edən Kadırov ay ərzində artıq altıncı dəfə təltif olunub. Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ona “Ordu generalı” hərbi rütbəsi verilib, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) direktoru Viktor Zolotov isə ona tünd qırmızı beret təqdim edib.

Bundan başqa, Kadırov Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib.

Çeçenistan rəhbərinə Rusiya imperiyasının ilk müftisi Mühəmmədcan Xüseynovun adını daşıyan I dərəcəli orden də təqdim olunub. Son olaraq isə Kadırov Rusiyanın “Fəxri memar” adına layiq görülüb.

Qeyd edək ki, bundan əlavə, Kadırovun Putindən aldığı altı orden var: 2, 3 və 4-cü dərəcəli “Vətənə xidmətə görə”, “Aleksandr Nevski” ordeni, “Cəsarət və Şərəf” ordeni və “Rusiyanın cəza sisteminin gücləndirilməsinə görə” medalları.

O, həmçinin iki dəfə Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: