Ərdoğan Pezeşkianla danışdı

684d9aeda3a3b684d9aeda3a3c1749916397684d9aeda3a39684d9aeda3a3a

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Danışıqlar zamanı İsrail və İran arasında baş verən son qarşıdurmalar, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

Tərəflər bölgədəki gərginliyin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparıb və sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Aysel Əliyeva
Globalinfo.az