manisada tir ile yolcu otobusu 20318407 9147 1 m

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması faciə ilə nəticələnib. 

Globalinfo.az xəbər verir ki,  bu barədə Türkiyə mediası məlumat yayıb.

Qəza nəticəsində 11 nəfər həyatını itirib, daha 27 nəfər xəsarət alıb.

 Hadisə Manisa vilayətinin Akhisar rayonunda baş verib.

Əraziyə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: