
Amerikalı iş adamı İlon Mask Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsində paylaşım edərək bu fikirlə razılaşdığını yazıb və Ukraynanın yeni rəhbərinin seçilməsinin vaxtı çatdığını qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.
O, Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələr endirməkdə və münaqişənin dayandırılmasına istəksiz yanaşmaqda ittiham edib.
Tramp Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu düşündüyünü deyib və Zelenskini ölkədə prezident seçkiləri keçirməyə çağırıb.
Qeyd edək ki, İlon Mask Rusiya-Ukrayna müharibəsinin ilk aylarında Ukraynaya dəstək göstərib. Onun rəhbərlik etdiyi “SpaceX” şirkətinin “Starlink” peyk internet sistemi ölkədə rabitənin təmin olunmasında mühüm rol oynayıb.
Lakin sonradan Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətini tənqid edib və müharibənin dayandırılması üçün sülh danışıqlarına çağırışlar edib.
Safura Bənnayeva
Globalinfo.az