ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılığa gəldiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.
O bildirib ki, Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyi, Moskva isə Kiyevin enerji obyektlərinə hücumları dayandırmağı qəbul edib.
ABŞ Prezidenti dünya bazarında dizel yanacağının qiymətinin artmasını əsasən Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib. O bildirib ki, qiymət artımının əsas səbəbi İran ətrafında yaranmış vəziyyət deyil.
Tramp sentyabrın 13-də də Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları dayandırmalı olduğunu deyib. Onun sözlərinə görə, bu zərbələr Rusiyada dizel yanacağı ehtiyatlarının azalmasına və qıtlığın yaranmasına səbəb olur.
Əliyar Xəlil