“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevlə görüşdə deyib.
Kadırov bildirib ki, bu, iki ölkənin ortaq kədəridir:
“Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.