kremlin peskov ap 1532992 900x506 1

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfərinin dəqiq tarixləri hələ məlum deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

“Hazırda dəqiq tarixlər yoxdur”, – deyə diplomat bildirib.

Oktyabrın 6-da Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Paşinyanın Moskva və ya başqa bir şəhərə səfər edərək Rusiya prezidenti ilə görüşməyi planlaşdırdığının hamıya məlum olduğunu, lakin konkret razılaşmaların hələ əldə edilmədiyini açıqlamışdı.

Bundan bir gün əvvəl Paşinyan Putinlə telefon danışığı aparıb. Ermənistanın baş naziri Rusiya prezidentini doğum günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, sentyabrın 1-də Putin Qırğızıstanın paytaxtında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Paşinyanla görüşüb. Söhbət zamanı Rusiya lideri Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsində qərar verməsinin vacibliyini bir daha vurğulayıb.

Qeyd edək ki, uzun müddətdir Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri gözlənilsə də, dəqiq tarix hələ açıqlanmayıb.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: