Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Globalinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.