IMG 2628

Səudiyyə Ərəbistanının genişmiqyaslı hava dəstəyi fonunda Yəmən hökumət qüvvələri Qırmızı dəniz sahilindəki Zübab bölgəsinin mühüm hissələrini husilərdən geri alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Arabian7” kanalı məlumat yayıb.

Yəmən rəsmilərinin sözlərinə görə, əməliyyat nəticəsində strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına nəzarət gücləndirilib.

Bildirilir ki, ötən ay İran tərəfindən dəstəklənən husilərin boğaz ətrafındakı bəzi əraziləri ələ keçirməsi beynəlxalq gəmiçilik və enerji ixracının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: