“Real Madrid”in braziliyalı hücumçu Vinisius Juniorla bağlı yayılan müxtəlif iddialara aydınlıq gətirmək üçün DNT testi keçirməyi planlaşdırdığı bildirilir.
Globalinfo.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, klub milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra Vinisiusun DNT testindən keçirilməsini nəzərdən keçirir.
İddialara əsasən, “Real Madrid” bu addımla futbolçu ətrafında son vaxtlar yayılan müxtəlif fərziyyə və sui-qəsd nəzəriyyələrinə son qoymağı, məsələyə aydınlıq gətirməyi hədəfləyir.
Qeyd edək ki, sözügedən məlumatın rəsmi olaraq klub və ya Vinisius Junior tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi açıqlanmayıb.
Əliyar Xəlil
Globalinfo.az