“İran Hörmüz boğazını yalnız Tehranın irəli sürdüyü 7 şərtin tam yerinə yetirilməsindən sonra açacağını bildirib”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.
Onun sözlərinə görə, sözügedən şərtlər İslamabad razılaşmasına əsaslanır:
“ABŞ tərəfi mediada fərqli açıqlamalar versə də, son günlər vasitəçilər üzərindən İrana bir sıra təkliflər göndərib.
Amerikalılar anlamalıdırlar ki, vaxtı uzatmaq və birtərəfli tələblər irəli sürmək dövrü başa çatıb”.
Safura Bənnayeva
Globalinfo.az