Son günlər Böyük Britaniyanın gələcəyi ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb. Ölkənin siyasi xəritəsinin dəyişdirilməsi və Britaniyanın tərkibindəki ayrı-ayrı dövlətlərin müstəqillik yoluna çıxması ilə bağlı müzakirələr artıq yalnız yerli siyasi dairələrlə məhdudlaşmır.
İddialara görə, bu prosesin arxasında ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqının (Aİ) da maraqları dayanır.
Bəs həqiqətən Britaniyanın parçalanması üçün geosiyasi layihə hazırlanır? Londonun qarşısında hansı təhlükələr var və Vaşinqtonla Brüsselin bu prosesdə marağı nə ola bilər?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Böyük Britaniyanın bölünməsi ilə bağlı müzakirələr həqiqətən də başlayıb:
“Bunun əsas səbəbi sentyabr ayında Şotlandiya, Uels və Şimali İrlandiyanın birgə imzaladığı sənəd oldu. Orada qeyd olunur ki, bu millətlərin öz konstitusiyalarına dəyişiklik etmək hüquqları var. Lakin bu, birmənalı olaraq onların Britaniyadan ayrılmaq istədikləri mənasına gəlmir.

Murad Sadəddinov
ABŞ və Aİ-nin təsirinə gəldikdə isə bu, maraqlı iddiadır. Tramp ümumiyyətlə İrlandiya ilə Şimali İrlandiyanın birləşməsi fikrini irəli sürüb. Bu da Trampın Britaniyanı parçalamaq istəyi kimi anlaşılıb. Düşünmürəm ki, bu, sadəcə bir sözlə nə isə nəticə versin.
Amma Aİ ilə bağlı məsələ ondan ibarətdir ki, Brexit qəbul edilərkən Şotlandiyada keçirilən seçkilərdə şotlandlar İttifaqı tərk etmək istəmirdilər. Aİ detalı buradan qaynaqlanır.
İndi qeyd olunur ki, Şotlandiya ayrıla bilər və Aİ-yə üzv olması da mümkündür. Yeni müzakirələrin getdiyini görürük”.
Turan Rzayev
Globalinfo.az