Ukrayna ordusu Rusiya hərbçilərinə qarşı məşhur “Buçefal” zirehli transportyorundan (BTR) istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə məlumat verib.
Ukraynanın istehsal etdiyi “Buçefal”lar yüksək sayda qüsurlu texnika buraxıldığına görə tənqid olunub.
Nəticədə Kiyevin xaricə satdığı bu zirehli transportyorlar qalmaqallı şöhrət qazanıb.
Xüsusilə, “Buçefal”ları alan İraq hərbçiləri BTR-lərin dəyişdirilməsi ilə bağlı çoxsaylı müraciətlər edib, bəzi texnikalar isə Ukraynaya geri qaytarılıb.
İraq və İndoneziya hərbçiləri də bu maşınlardan narazılıqlarını bildirərək onların istifadəyə yararsız olduğunu iddia ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən texnikanı Cənub qoşun qruplaşmasının hərbçiləri məhv edib. Bundan başqa, Ukrayna ordusunun 16 avtomobili də sıradan çıxarılıb.
Qeyd edək ki, daha əvvəl USQ Rusiya hərbçilərinə qarşı Kanada istehsalı olan “Senator” zirehli maşınından da istifadə edib. Analitiklər bu texnikanı nüvə və ya kimyəvi çirklənmə şəraitində fəaliyyət göstərməyə imkan verən avtonom havalandırma və yanğınsöndürmə sistemi səbəbindən “apokalipsis maşını” adlandırıblar.
Əliyar Xəlil
Globalinfo.az