niyazi0

Gəncə şəhərində əhalinin rahatlığının və yaşayış mühitinin yaxşılaşdırılması, məhəllə, park və istirahət guşələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində abadlıq və quruculuq işləri davam etdirilir.

Globalinfo.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhid atası Elşən Məmmədov və digər məsul şəxslər şəhərin bir sıra ərazilərində görülən işlərlə yerində tanış olublar.

Niyazi Bayramov ərazilərə baxış zamanı görülən işlərin icra vəziyyəti ilə maraqlanıb, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Şəhər rəhbəri, xüsusilə məhəllələrdə sakinlərlə görüşərək onların təkliflərini dinləyib, görülən abadlıq işləri ilə bağlı fikirlərini öyrənib. Sakinlər yaradılan şəraitdən razılıqlarını ifadə edib, məhəllələrin abadlaşdırılmasının yaşayış mühitinə müsbət təsir göstərdiyini bildiriblər.

İlk olaraq, Gəncə şəhərinin Mahrasa bağı yaşayış massivində görülən işlərə baxış keçirilib. Burada yerləşən 12 çoxmənzilli yaşayış binasını əhatə edən 4 həyətdə genişmiqyaslı abadlıq işləri görülüb.

Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları təmir olunub, giriş qəfəslərində qapı və pəncərələr yenilənib. Ərazidə uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni oyun meydançaları yaradılıb, idman qurğuları quraşdırılıb. Sakinlərin istirahəti üçün söhbətgahlar və yeni oturacaqlar yerləşdirilib.

Ərazidə işıqlandırma sistemi də yenilənib, yeni işıq dirəkləri quraşdırılıb. Yaşıllıq zolaqları yenilənərək yeni suvarma sistemi yaradılıb. Eyni zamanda, ərazidə yerləşən mərasim evləri qismən təmir edilib, şəhid bulağı yenidən qurulub.

Şəhər rəhbəri Mahrasa bağı yaşayış massivində sakinlərlə görüşərək, məhəllədə yaradılan şərait və görülən abadlıq işləri barədə fikirlərini dinləyib. Sakinlərin irəli sürdüyü təkliflər qeydiyyata alınıb və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Daha sonra Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərinə baxış keçirilib. Şəhər rəhbərinə məlumat verilib ki, ərazidə yararsız vəziyyətdə olan mərasim evi sökülüb. Onun yerində futbol və basketbol meydançalarının salınması, uşaq və idman meydançalarının yaradılması, həmçinin sakinlərin istirahəti üçün müvafiq guşənin təşkili nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlərə başlanılıb.

Bununla yanaşı, ərazidə söhbətgahların quraşdırılması, yaşayış binalarının fasadlarının təmiri, giriş qəfəslərində qapı və pəncərələrin yenilənməsi istiqamətində işlər görülür.

Gəncənin Bayraq Meydanında da geniş abadlıq işləri aparılıb. Ərazidə yerüstü qranit döşəmə yenilənib, bayraq dirəyinin ətrafında yerləşən iki məlumat lövhəsi, həmçinin himn və gerb elementləri bərpa olunub. Burada suvarma və işıqlandırma sistemləri də yenilənib.

Niyazi Bayramova məlumat verilib ki, işıqlandırma sistemləri Gəncəçay Park-Bulvar Kompleksinin ərazisində də yenilənib. Həmçinin burada velosiped zolağının asfalt örtüyü təzələnib və müvafiq rəngə boyanıb. Yaxın vaxtlarda bulvar ərazisində yerləşən fəvvarələrin təmirinin də həyata keçirilməsi nəzərdə tutulur.

Sahil parkında isə abadlıq işləri yekunlaşmaq üzrədir. Burada tamet döşəmənin salınması başa çatdırılıb, yeni oturacaqlar və zibil qabları quraşdırılıb. Parkın işıqlandırma və suvarma sistemləri tamamilə yenidən qurulub. Park ərazisində yerləşən Abbas Səhhətin və polkovnik Leonidin məzarüstü abidələrinin ətrafında da abadlıq işləri aparılıb.

Hazırda parkda velosiped zolağının salınması, yaşıllaşdırma və dekorativ tərtibat işləri davam etdirilir.

Qeyd edək ki, həyata keçirilən layihələrin əsas məqsədi şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və müasir yaşayış və istirahət mühitinin yaradılması, məhəllələrin abadlaşdırılması, ictimai ərazilərin ümumi görünüşünün yaxşılaşdırılması, eləcə də sakinlərin təklif və ehtiyaclarının nəzərə alınmasıdır.

Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR Niyazi Bayramov Gəncədə görülən abadlıq işlərinə baxış keçirib - FOTOLAR

Paylaş: