turkiyeden bmde israile sert yanit israilli 2876c3c87d amp

Türkiyə nümayəndəsinin Birləşmiş Millətlər Təşkilatında (BMT) İsrailin siyasətini sərt şəkildə tənqid edən çıxışı zamanı yaşananlar diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə nümayəndəsi çıxışında İsraili müharibə, dağıntı və qeyri-sabitliyi yaymaqda ittiham edib. O, bunun əksinə olaraq Türkiyənin regionda sülhün təmin olunması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Ankara rəsmisi həmçinin Fələstin xalqına dəstəyin davam etdiriləcəyini vurğulayıb. O, “Fələstin xalqı ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik”, – deyib.

Çıxış zamanı İsrail nümayəndəsinin reaksiyası da diqqətdən yayınmayıb. Onun üz ifadələri ilə verdiyi reaksiya maraqla qarşılanıb və gündəm olub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: