1767948179 qrenlandiya

ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməyə hazırlaşır.

Globalinfo.az-ın xəbərinə görə, Dövlət katibi Marko Rubio bildirib ki, adada ən azı iki hərbi baza yerləşdirilməsi üzərində iş aparılır.

“Biz orada iki baza yerləşdirəcəyik. Bunun üzərində işləyirik. Amma ən azı iki baza olacaq”, – deyə Rubio vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Qrenlandiya ilə bağlı təşəbbüs ilk növbədə ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əlaqəlidir. Bura raketdən müdafiə sistemlərinin gücləndirilməsi və Arktikada ABŞ maraqlarının qorunması daxildir.

Rubio əldə olunan razılaşmanı “fantastik nailiyyət” adlandırıb və bu təşəbbüsün irəlilədilməsində ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: