formula 24

Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər.

Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.

Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək.

Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.

Paylaş: