oglan sagirdler

2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alır.

Globalinfo.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransı zamanı deyib.

O bildirib ki, onlardan 1 milyon 600 min nəfəri ümumi təhsil, 260 min nəfəri ali təhsil, 226 min nəfəri məktəbəqədər təhsil, 64 min nəfəri orta ixtisas təhsili, 44 min nəfəri isə peşə təhsili alanlardır.

“Bu il 124 min şagird birinci sinfə qəbul olunanlardır”, – E.Əmrullayev deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: