tramp11sent scaled

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr terror aktları ilə bağlı məxfi məlumatların açıqlanmasının mümkünlüyünü istisna etməyib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Geri qayıdanda buna baxacağam. Bu məsələ ilə bağlı mənə müraciət edildiyini bilirəm. Qayıtdıqdan sonra araşdıracağam”, – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, sentyabrın 11-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il terror aktları ilə bağlı əvvəllər məxfi saxlanılan bir sıra sənədləri açıqlayıb.

Açıqlanan materiallar 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrınadək olan dövrü əhatə edən və ABŞ prezidentləri üçün hazırlanmış 71 kəşfiyyat məlumatı xülasəsindən ibarətdir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: