budanov

Rusiyada Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanov barəsində qiyabi həbs qərarı verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Moskva Şəhər Məhkəməsinin iclas zalından olan müxbirinə istinadən məlumat yayıb.

Budanov müharibənin qadağan olunmuş üsullarından istifadə etməkdə ittiham olunur.

O, avqust ayında Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Bu gün Moskva Şəhər Məhkəməsi həmin qərarı dəyişmədən saxlayıb.

Məhkəmə iclası qapalı keçirilib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Moskvanın Lefortovo Rayon Məhkəməsi də Budanov barəsində Rusiyada terror aktlarının təşkilində ittiham olunması ilə bağlı qiyabi həbs qərarı çıxarmışdı. O, beynəlxalq axtarışa verilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: