emin emrullayev

“PISA-da istifadə olunan balların qəbul imtahanlarındakı 700 ballıq sistemlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli bal sistemidir”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, PISA qiymətləndirməsində 500 bal orta göstəricini ifadə edir.

Onun sözlərinə görə, bu şkalada təxminən 20 bal bir tədris ilinə uyğun göstərici hesab olunur.

E.Əmrullayev vurğulayıb ki, məsələn, 557 bal PISA-da qəbul imtahanındakı 557 balla eyni məna daşımır və bu nəticələr tamamilə fərqli şkalalar üzrə qiymətləndirilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: