Əhməd Obalı başına gələnlər haqda danışdı: “Məni bu vəziyyətə salan adam…”

“Başıma gələnlər haqda müxtəlif şayiələr yayılıb. Həm də dostlarımız həqiqəti bilmək istəyir. Şükür mən artıq ölüm təhlükəsini geridə qoymuşam. Ancaq əlim-ayağım iflic vəziyyətdədir. Onların da sağalmasına hələ ümid var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri GünazTV-nin (Güney Azərbaycan TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı oğlu Dəniz ilə Birləşmiş Ştatların Kaliforniya ştatında oteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalması haqda danışarkən deyib.

Onun sözlərinə görə, cinayəti törədən adam tutulub:

“Hətta evində mənim qanıma bulaşmış paltarlar da ələ keçirilib. Sadəcə bəzi şayiələr yayılmasın deyə mən bu mesajı yayıram.

Polisin istəyi budur ki, biz hadisə ilə bağlı kimsə ilə danışmayaq. Bu məsələ ətrafında şayiələrin yaranmamasını istəyirlər. Polis araşdırdıqdan sonra hər şey bəlli olacaq.
Məni bu vəziyyətə salan adam sağdır. Hadisə ilə bağlı şahidlər də var. Bu məsələnin arxasında daha kimlərin ola biləcəyi axtarılır. Ona görə tələsmirik.
Sağ olun. Mənim haqda maraqlanan bütün əzizlərimizə təşəkkür edirəm. Nigaran olmasınlar. Bu da keçəcək. Ancaq biz yolumuza, işimizə davam etməliyik. Yaşasın vətənimiz. Vətənimizin azadlığı uğrunda canlarından keçənlərin xatirəsi yaşasın. Kaş ki biz də onlardan biri olardıq”.

Turan Rzayev
Globalinfo.az