IMG 2373

Yəmən hakimiyyəti 2015-ci ildən “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan paytaxt Səna şəhərini geri almağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin müdafiə nazirinin müavini bəyanat verib.

Onun sözlərinə görə, paytaxtın azad edilməsi ilə bağlı qəti qərar qəbul olunub.

Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, Sənanın nəzarətə götürülməsi husilərlə illərdir davam edən silahlı qarşıdurmanın həllində və münaqişənin başa çatmasında həlledici addım olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: