Avrasiya xerite 1212 900x519 1

Çini Qırğızıstan vasitəsilə Özbəkistanla birləşdirəcək dəmir yolu layihəsində tikinti işləri davam edir.

Globalinfo.az xəbər verir ki, uzunluğu 500 kilometrdən çox olacaq dəmir yolu xətti Çindən başlayaraq Qırğızıstanın dağlıq ərazilərindən keçəcək və Özbəkistanın Əndican şəhərinə qədər uzanacaq.

Məlumata görə, xəttin həm yük, həm də sərnişin daşımalarında istifadəsi nəzərdə tutulur.

Dağlıq relyef səbəbindən xətt üzrə 27 tunel və 43 körpünün, həmçinin 20 dəmir yolu stansiyasının inşası planlaşdırılıb.

Layihənin tamamlanması ilə ÇinÖzbəkistan arasında Qırğızıstan üzərindən birbaşa dəmir yolu bağlantısının yaradılması və regionda yeni nəqliyyat dəhlizinin formalaşması gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: