Gemini Generated Image b0s2rcb0s2rcb0s2

Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür.

“25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib”, – deyə məlumatda qeyd edilib.

aabeab97 4bec 4573 bc7c 3a90381eee2b
667eaf97 e5ef 4be7 b161 3fc258aac823
3c515bc0 75f2 4374 9346 ac14b78c67dc

Paylaş: