stepanyan qarmon

Erməni qarmonçu Gagik Stepanyan sosial şəbəkələrdə Azərbaycan milli musiqilərini ifa etməsi ilə geniş tanınıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, əslən Gürcüstanın Axalkalaki vilayətindən olan G.Stepanyan ifalarında həm Qafqaz xalq musiqilərinin ritmləri, həm də virtuoz barmaq texnikası ön plana çıxır.

“Qadan mən alım”, “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Təki sən səslə məni” kimi Azərbaycan xalq mahnılarını ifa edən musiqiçini həmyerliləri həm tənqid, həm də təriflərlərlə qarşılayır.

İzləyiclərindən bəziləri Gagik Stepaniyanın Azərbaycanın məşhur qarmon ustası Aftandil İsrafilovun tələbəsi olduğunu iddia edirlər.

Xatırladaq ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyirəm”, “Niyə yox deyirsən”, “Güman yeri var”, “Ay bəri bax” kimi Azərbaycan kompozisiyalarını qarışıq üslubda ifa edərək, onları Yutub səhifəsində yerləşdirib. Q. Stepanyan mahnıların və onların müəlliflərinin adlarını açıqlamayıb.

2025-ci ildə Əqli Mülkiyyət Agentliyi bu barədə məlumat verib.

Agentliyin bu məsələ ilə bağlı gördüyü tədbirlər nəticəsində, müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının mülkiyyət hüquqlarını rəqəmsal şəbəkələrdə idarə edən ictimai birlik olan Rəqəmsal və Audiovizual Yayım Sənayesi (RAYS) texniki dəstək alan Stepanyanın kompozisiyalarını Yutub səhifəsindən silib.

Paylaş: